...

"Nar Mobile" abunəçisi “Şanslı Mesaj” SMS kampaniyasında iştirak edərək 5000 manat qazanıb (FOTO)

Telekommunikasiya Materials 18 Noyabr 2011 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend /

Hər zaman öz abunəçilərini unudulmaz və möhtəşəm kampaniyalarla sevindirən Nar Mobile "Şanslı Mesaj" SMS kampaniyasının qaliblərini elan edib.

Noyabr ayının 16-da Nar Mobile operatorunun keçirdiyi "Şanslı Mesaj" stimullaşdırıcı lotereyasının 30-cu gününün nəticələrinə uyğun olaraq kampaniyanın ilk əsas qalibi müəyyənləşmişdi. Oktyabrın 17-də start verilən lotereyanın ilk əsas qalibi 5000 manat məbləğində uduş qazanmışdır. Lotereyanın şərtlərinə görə günəlik oynanılan 250 AZN məbləğində uduşlar da sahiblərinə təqdim olunub.

Hədiyyələri təqdim edən Azerfon şirkətinin nümayəndəsi Fərid Məmmədov qalibləri təbrik edib və iştirakçıları lotereyanın gələcək turlarında da iştirak etməyə dəvət edib. "Azərbaycanın ən sərfəli və ən şəffav mobil operatoru kimi tanınan Nar Mobile "Şanslı Mesaj" SMS kampaniyasının ilk əsas qalibini müəyyən etdi. Masallı şəhər sakini Fətəliyev Tohid "Şanslı Mesaj" latereyasında yüksək xal toplamaqla təsadüfi seçim nəticəsində ilk 5000 manatı qazanmışdır. Şirkətimiz adından bütün qalibləri təbrik edirəm, Nar Mobile və Azerfon-Vodafone abunəçilərini 2012-ci il Yanvarın 17-ə dək davam edəcək kampaniya iştirak etməyə çağırırıq", - deyə Məmmədov bildirib.

Qeyd edək ki, "Şanslı Mesaj" SMS kampaniyasa qoşulmaq üçün "Shans" sözünü yazıb və 8500 göndərmək lazımdır. İntellektual və stimullaşdırıcı xarakter daşıyan kampaniyada, abunəçilər ünvanlanan sualları cavablandırmaqla xallar toplayaraq hədiyyələr qazanmaq imkanı əldə edirlər. Kampaniyaya qoşulan abunəçilərimiz aşağıdakı hədiyyələri qazanmaq şansı əldə edəcəkdir:

• hər gün 250 AZN;
• kampaniya boyu 30-cu günün qalibinı 5 000 AZN;
• kampaniyanın sonunda super priz - şəhər mərkəzində təmirli mənzil.

Kampaniya 17 Oktyabr, 2011-ci il tarixindən, 17 Yanvar 2012-ci il tarixinədək keçiriləcəkdir. Daha ətrafli məlumat üçün: http://www.shanslimesaj.com veb səhifəsindən əldə edə bilərsiniz.

Nar Mobile və Azerfon-Vodafone ticarət nişanları ilə tanınan Azerfon 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti