...

2012-ci ildə Azərbaycanda HD yayım işə salınacaq

Telekommunikasiya Materials 23 Dekabr 2011 16:32 (UTC +04:00)
2012-ci ilin birinci rübündə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı və Abşeron yarımadasında HD televiziya və radionu işə salmağı planlaşdırır.
2012-ci ildə Azərbaycanda HD yayım işə salınacaq

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin birinci rübündə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı və Abşeron yarımadasında HD televiziya və radionu işə salmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, ilk növbədə, bu rejimdə yayımın İctimai Televiziyaya verilməsi planlaşdırılır ki, bu da 2012-ci ilin mayında Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədardır.

"Sonra digər kanallar da müraciət və danışıqlar əsasında HD rejimdə yayıma keçə bilərlər", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti