...

Azərbaycanın dövlət idarələri lisenziyalı proqram təminatına keçiblər

Telekommunikasiya Materials 23 Yanvar 2012 15:45 (UTC +04:00)
Azərbaycanın dövlət idarələri tamamilə "Microsoft" məhsullarının lisenziyalı versiyalarına keçiblər.
Azərbaycanın dövlət idarələri lisenziyalı proqram təminatına keçiblər

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın dövlət idarələri tamamilə "Microsoft" məhsullarının lisenziyalı versiyalarına keçiblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Ultra" şirkətinin məlumatında deyilir.

2010-cu ilin mayında Azərbaycan hökuməti və "Microsoft" arasında imzalanan rəsmi sazişə əsasən, layihə "Ultra" şirkəti və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilib.

İmzalanan sənədə müvafiq olaraq, sazişin fəaliyyəti altına düşən bütün dövlət təşkilatları ancaq rəsmi lisenziyası olan proqram təminatından istifadə etməlidirlər.

Saziş ölkədə proqram təminatının pirat versiyalarından istifadənin səviyyəsinin azaldılması məqsədilə imzalanıb.

Saziş çərçivəsində Azərbaycan hökuməti üzərinə "e-Government" elektron xidmətini ("Elektron hökumət" konsepsiyası) yaratmaq öhdəliyini götürüb. Burada məqsəd pirat proqram təminatının istifadəsi ilə bağlı riskləri azaltmaqdır. Bununla da biznes nümayəndələri və dövlət qulluqçuları tərəfindən vətəndaşlara təqdim edilən xidmətlərin keyfiyyəti artırılmalıdır.

Hazırda "Microsoft"un lisenziyalı məhsullarının Naxçıvan Muxtar Respublikasının dövlət idarələrində tətbiq edilməsi üzrə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti