Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/
"Yandeks.Pul" ("Яндекс.Деньги") istifadəçiləri pul kisəsindən Azərbaycan bankları tərəfindən verilən "MasterCard" ödəniş sisteminin kartlarına vəsait göndərmək imkanı əldə ediblər.
"Yandeks.Pul" istifadəçiləri tam bank rekvizitlərini doldurmaq və nağd pulun alınması üçün banka getmək zərurəti olmadan "Visa" və ya "MasterCard" kartlarının nömrəsi üzrə sistemdən nağdsız köçürmə ilə vəsait çıxara bilərlər.
Vəsaiti çıxarmaq üçün "Yandeks. Pul"un saytında "Çıxartmaq" bölməsinə daxil olmaq, "Visa" və ya "Mastercard" kartının nömrəsini və çıxarılacaq məbləği qeyd etmək, əməliyyatı ödəniş parolu ilə təsdiq etmək lazımdır.
Pul kisəsindən "Yandeks.Pul"u Rusiya bankının istənilən "Visa" və ya "MasterCard" kartına göndərmək mümkündür. Xaricə köçürməyi isə Azərbaycan, Türkiyə, Ukrayna, Qazaxıstan və Avropanın daha 20 ölkəsində bankların verdiyi "MasterCard" ödəniş sisteminin kartlarına etmək mümkün olacaq.