...

Azərbaycanın poçt rabitəsi operatoru beynəlxalq kartların ilk partiyasını buraxıb

Telekommunikasiya Materials 14 Fevral 2012 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC "MasterCard" beynəlxalq ödəniş sisteminin debit kartlarının ilk partiyasını əldə edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, ilkin mərhələdə poçt operatoru tərəfindən 3 min ədəd debit kart buraxılıb.

"Azərpoçt" həm lokal, həm də beynəlxalq kartların verilməsinə martda başlayacaq. Lokal kartlara tələbat çox da böyük deyil, buna baxmayaraq, onlar artıq poçt opertoru sistemində əməkhaqqının verilməsi zamanı istifadə edilir", - Məmmədov qeyd edib.

Hazırda poçt operatorunun buraxdığı lokal plastik kartların (poçt rabitəsi işçilərinin əməkhaqlarının ödənilməsi) ümumi sayı iki minə çatır. "Azərpoçt"un ödəniş kartları "MilliKart" prosessinq mərkəzi vasitəsilə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti