...

"Twitter" mikrobloq servisin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır

Telekommunikasiya Materials 20 Fevral 2012 16:49 (UTC +04:00)
"Twitter Inc." şirkəti "Twitter" mikrobloq servisinin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır.
"Twitter" mikrobloq servisin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir H.Vəliyev/

"Twitter Inc." şirkəti "Twitter" mikrobloq servisinin Azərbaycan dilinə lokallaşdırılmasına başlayır. Bu barədə bazar ertəsi Trend-ə "Barkamp" təşkilatının layihə meneceri İlqar Mirzə məlumat verib.

"Şirkət mikrobloqun bir neçə dilə tərcüməsini başa çatdırıb. Rəsmi relizdən sonra servisin Azərbaycan dilinə tərcüməsinə başlanacaq", - Mirzə deyib.

Twitter-in Azərbaycan dilinə lokallaşdırılması məsələsi "Barkamp" nümayəndələrinin Twitter-in San-Fransiskoda yerləşən mənzil-qərargahına səfəri çərçivəsində müzakirə mövzusu olub. "Twitter" rəhbərliyi servisin Azərbaycan dilinə tərcüməsinə hazır olduğunu və versiyasının yaradılmasının onun populyarlığını daha da artıracağına inamını ifadə edib.

Bu gün servis rəsmi olaraq 22 dili dəstəkləyir.

Bundan başqa, Twitter rəhbərliyi ilə lokal internet-resursların, məsələn http://aztwi.com/ resursunun daha da inkişafı etməsi üçün ona texniki dəstəyin göstərilməsi məsələsi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti