...

Azərbaycanın dövlət rabitə operatoru telekommunikasiya avadanlıqlarının satınalınması üzrə tenderi ləğv edib

Telekommunikasiya Materials 22 Fevral 2012 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir H.Vəliyev /

Azərbaycan Rabitə və İnformasiya Texnologioyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi "AztelekomNet" dövlət internet servis provayderi üçün telekommunikasiya avadanlıqlarının satınalınması üzrə tenderin keçirilməsindən imtina edib. Trend-in məlumatına görə, çərşənbə günü İB-nin Tender Komissiyasının məlumatında deyilir.

Tender prosedurunun ləğv edilməsinə dair qərar "Dövlət satınalmaları haqqında" qanunun 11-ci bəndinə və Tender Komissiyasının 17 fevral protokoluna uyğun olaraq qəbul edilib.

"Aztelekom"un "AztelekomNet" dövlət internet servis provayderinin texniki bazasını genişləndirilməsi ilə bağlı tender ötən il oktyabrın sonlarında elan edilib.

İB-dən Trend-ə deyildiyi kimi, tender iştirakçıların texniki və maliyyə təkliflərinin tender prosedurunun tələblərinə uyğun gəlməməsi səbəbindən təxirə salınıb. Yaxın vaxtlarda təkrar tenderin keçirləcəyi gözlənilmir.

Xəbər lenti

Xəbər lenti