...

AZAL-ın təyyarələrində Azerfonun mobil rabitə xidmətlərinin tətbiqi üçün hazırlıq işləri davam edir

Telekommunikasiya Materials 27 Fevral 2012 12:09 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqi üçün texniki hazırlıq işləri davam etdirilir.
AZAL-ın təyyarələrində Azerfonun mobil rabitə xidmətlərinin tətbiqi üçün hazırlıq işləri davam edir

Azəbaycan, Bakı, 27 fevral / Trend/

"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqi üçün texniki hazırlıq işləri davam etdirilir.

2011-ci ildə AZAL, Azerfon (Nar Mobile) və İsveçrənin "OnAir" şirkətinin imzaladığı sazişə müvafiq olaraq məhz AZAL təyyarələrində tam çeşidli mobil rabitə xidmətləri istifadəyə veriləcək.

"AZAL Azerfon mobil operatorunun xidmətləri əsasında və İsveçrənin "OnAir" şirkətinin müvafiq avadanlığı vasitəsilə təyyarələrdə uçuş zamanı mobil rabitə xidmətlərinin tətbiqinə hazırlaşır. Bu istiqamətdə artıq müəyyən texniki hazırlıq işləri aparılır, müvafiq ekspertlər cəlb olunub. Azerfon-la imzalanan 10 illik eksklüziv sazişə əsasən, mobil rabitə xidmətləri yalnız AZAL təyarrələrində və yalnız Azerfon xidmətləri əsasında mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti