...

Azərbycanda 3G şəbəkəsi kifayət qədər mənimsənilməyib - Dövlət İdarəsi

Telekommunikasiya Materials 27 Fevral 2012 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbycanın mobil rabitə operatorlarının 3G şəbəkələrinin resursları kifayət qədər mənimsənilməyib və bu gün dördüncü nəsil (4G) şəbəkəsinin açılmasından danışmaq tezdir. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Radiotezliklər İdarəsindən (DRİ) bildiriblər.

Məlumata görə, operatorların 3G şəbəkələrinin sürəti kilobitlərlə ölçülür ki, bu zaman o, 100 Mbit/saniyəyə çatmalıdır.

"Hələlik bu göstəriciyə nail olunmayıb, bununla əlaqədar operatorlar 3G bazasında göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına diqqət yetirməlidirlər", - mənbə deyib.

DRİ-dən deyildiyi kimi, 4G şəbəkəsinin açılması üçün Azərbaycanın GSM operatorlarına əlavə tezliklər tələb olunmur. Operatorlar 4G şəbəkələrini mövcud avadanlıqların tezlik diapazonunu dəstəkləməsi nəzərə alınmaqla mövcud tezliklərdə yerləşdirə bilərlər.

Hazırda 4G standartı təxminən 30 ölkədə açıqdır və hələlik dördüncü nəsil şəbəkəsinin real göstəriciləri çox kiçikdir. DRİ-də hesab edirlər ki, dördüncü nəsil şəbəkəsini dəstəkləyən istifadəçi qurğularının olması da az əhəmiyyətli deyil. İstehsalçılar hələlik LTE şəbəkəsini dəstəkləyən məhsulların məhdud çeşidlərini təqdim edirlər.

Dünyada ilk LTE abonentləri internet şəbəkəsinə portativ kompüterlər vasitəsilə çıxışı vacib olan USB-DATA-kart istifadəçiləridir. Bu texnologiyanın populyarlaşması üçün smartfonların, planşet kompüterlərin və LTE şəbəkəsini dəstəkləyən digər cihazların kütləvi satışda olması vacibdir.

Azərbaycanın GSM operatorları özləri 4G şəbəkəsinin üstünlüklərinin yalnız istifadəçilərin kiçik dairəsi üçün daha maraqlı olacağı ilə razılaşırlar. Məsələn, "ağır" kontenti yükləməli olan memarlar üçün. İstehlakçıların əsas kütləsi, o cümlədən, korporativ sektor üçün 3G şəbəkəsinin üstünlükləri kifayət edəcək.

Xəbər lenti

Xəbər lenti