Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (BTRİB) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə şənbə günü Trend-ə Birlikdən bildiriblər.
Qurumun məlumatına əsasən, ümumi istifadədə olan telefon şəbəkəsinin və internet xidmətlərinin fasiləsiz işini təmin etmək üçün operatorlar trafikin yükləndiyi yerlərdə rabitə kanallarının artırılması üçün zəruri işlər görüb.
Bundan başqa, operator operativ qərargah yaradıb, bayram günlərində isə BTRİB-in telekommunikasiya qovşaqları üzrə növbətçi işçilərin sayı artırılacaq.