...

KATV1 ilin kabel televiziyası elan olunub (FOTO)

Telekommunikasiya Materials 20 Mart 2012 11:07 (UTC +04:00)
"AG Telekom" (KATV1 brendinin sahibi) şirkətinə "İlin kabel televiziyası" nominasiyası üzrə "Caspian Energy Integration Award - 2012" mükafatı təqdim olunub.
KATV1 ilin kabel televiziyası elan olunub (FOTO)

Azərbaycan, Bakı, 20 mart /Trend/

"AG Telekom" (KATV1 brendinin sahibi) şirkətinə "İlin kabel televiziyası" nominasiyası üzrə "Caspian Energy Integration Award - 2012" mükafatı təqdim olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Mukafat şirkətin mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqova təqdim olunub.

Mükafat hər il ölkə daxilində və xaricində sosial və istehsalat sahəsində fəaliyyət göstərən ən fəal şirkət və təşkilatlara təqdim olunur.

Tədbirdə Azərbaycanın rabitə və informasiya texnoloqiyaları nazirinin müavini Elmir Vəlizadə, Nazirlər Kabinetinin sənaye və energetika şöbəsinin müdür muavini Şirin Şirinov və Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora iştirak edib.

"Caspian Energy Integration Award" beynəlxalq mükafatı Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən dünyanın 50 ölkəsində, Xəzər-Qara dənizi və Baltik dənizi regionlarında fəaliyyət göstərən 500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri ("Xəzər İnteqrasiya İşgüzar Klubunun üzvləri və Caspian Energy" beynəlxalq nəşriyyat evinin nəşrlərinin oxucu auditoriyası) arasında keçirilmiş sorğunun nəticələrinə görə təqdim olunur.

KATV1 analoji mükafatlara dəfələrlə layiq görülüb. Bundan əlavə, 2006-cı ildən etibarən fəaliyyətə başlayan, "AG Telecom" MMC - "KATV1" kabel televiziyası 2007-ci ildə kabel televiziyasının inkişafına töhfəsinə görə "UĞUR 2006" mükafatının laureatı olub, 2009-cu ildə iki mükafata layiq görülüb: öz əhatə regionunda informasiya-texnologiya fəaliyyətində yüksək imicə nail olan ticarət markalarından biri, habelə ilin şirkəti elan edilib.

Bununla belə, şirkət üçün ən böyük mükafat abonentlərin etimadıdır.

Xəbər lenti

Xəbər lenti