...

Azərbaycan regionlarında internet-köşklər quraşdırılacaq

Telekommunikasiya Materials 18 Aprel 2012 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/

Regional poçt şöbələrində quraşdırılacaq internet-köşklərin partiyası aprelin sonlarında gətiriləcək. Bu barədə çərşənbə günü Trend-ə IREX təşkilatının hüquqşünası Ələkbər Məmmədli məlumat verib.

Layihə USAID-in qrantı hesabına reallaşdırılır.

Məmmədlinin sözlərinə görə, köşklər artıq mayda ümumi istifadə üçün açıq olacaq.

Layihə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-nin dəstəyi ilə həyata keçirilir.

Layihəyə əsasən, internet-köşklər əsasən əhalinin sayı çox və bunun üçün münasib infrastrukturun mövcud olduğu rayon mərkəzləri, kənd və qəsəbələrdə yerləşən "Azərpoçt"un 30 poçt şöbəsində quraşdırılacaq.

İnternet-köşklərin respublikanın rayonlarında quraşdırılmasında əsas məqsəd əhali üçün informasiyaya çıxışı təmin etməkdir ki, vətəndaşlar onlayn-ödənişlər edə, dövlət qurumlarına elektron formada müraciət edə, mövcud problemlərlə bağlı ərizə və şikayətlər verə bilsinlər.

Xəbər lenti

Xəbər lenti