...

"SAZZ İnternet" Mingəçevir şəhərində fəaliyyətə başlayıb

Telekommunikasiya Materials 4 May 2012 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may/Trend/

SAZZ genişzolaqlı simsiz limitsiz internet xidməti Mingəçevir şəhərində fəaliyyətə başlayıb. Bu barədə cümə günü Trend-ə SAZZ şirkətindən məlumat verilib.

Şirkətin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 71 ünvanında yerləşən yeni satış nöqtəsinin açılışında şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, yerli hakimiyyət orqanlarının və şəhər ictimaiyyətinin nümayəndələri, habelə jurnalistlər iştirak ediblər. Yeni satış nöqtəsində abunəçilərə xüsusi təlim keçmiş operatorlar və texniki dəstək heyəti xidmət göstərəcək.

Şirkətin mətbuat mərkəzinin məlumatına görə, Mingəçevir şəhəri "SAZZ İnternet"in 2012-ci ilin sonuna qədər ölkənin bir sıra iri regional mərkəzlərində fəaliyyətə keçmə planının ilk addımıdır. "SAZZ İnternet"in Mingəçevirdəki əhatə zonasına www.sazz.az saytında yer alan xəritədə baxmaq olar.

Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz internet xidməti olan "SAZZ İnternet" 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub. "SAZZ İnternet" istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən "SAZZ İnternet" cari ildən etibarən ardıcıl olaraq Azərbaycanın digər iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti