Azərbaycan, Bakı, 19 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi laboratoriya avadanlıqlarının alınması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə tender komissiyasının şənbə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.
Tenderdə iştirakın dəyəri 200 manatdır.
İştirakçılardan təkliflər 4 iyul saat 17:00-dək mərkəzin inzibati binasında qəbul edilir. Tender təkliflərinin açılışı 6 iyul saat 12:00-da baş tutacaq.
Əlavə məlumatı 539-35-11 nömrəli telefonla əldə etmək mümkündür. Əlaqələndirici şəxs: Rasim Cabbarov