...

Azərbaycanda poçt göndərişlərinin elektron qeydiyyat sistemini mərkəzləşdirilir

Telekommunikasiya Materials 23 May 2012 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-nin poçt daşımaları mərkəzində poçt göndərişlərinin qeydiyyatı elektron formada həyata keçiriləcək. Bu barədə Trend-ə çərşənbə günü MMC-dən bildiriblər.

Sistemin tətbiqi bu il gözlənilir. Hazırda artıq poçt daşımaları mərkəzi vasitəsilə poçt göndərişlərinin çatdırılması imkanları yaradılıb. Əvvəllər poçt göndərişlərinin son məntəqəyə çatdırılması poçt daşımaları mərkəzi vasitəsilə poçt filialları tərəfindən həyata keçirilib.

Poçt göndərişlərinin çatdırılması sisteminin təkmilləşdirilməsi üçün mərkəz yeni binaya köçürüləcək. Yeni bina Lökbatan qəsəbəsində yerləşəcək.

Bu, poçt operatoruna respublika rayonlarında poçt göndərişlərinin çatdırılması sistemini təkmilləşdirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti