...

Bakıda HD formatda radio proqramların yayımına başlanıb

Telekommunikasiya Materials 24 May 2012 10:52 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İB tərəfindən radio-televiziya yayımı sahəsində daha bir yeni texnologiya olan rəqəmli radio (HD radio) yayımı tətbiq edilib.
Bakıda HD formatda radio proqramların yayımına başlanıb

Azərbaycan, Bakı, 24 may / Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İB tərəfindən radio-televiziya yayımı sahəsində daha bir yeni texnologiya olan rəqəmli radio (HD radio) yayımı tətbiq edilib. Trend-in məlumatına görə, bu barədə İB-nin məlumatında deyilir.

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında 105.0 Mhs-də analoq FM yayımı ilə eyni tezlikdə HD formatında Respublika və İctimai Radionun proqramları yayımlanmağa başlayıb.

HD radio yayıma keçidin əsas məqsədi radio proqramlarının qəbul keyfiyyətinin yüksəldilməsi, tezliklərdən səmərəli istifadə edilməsi və radio proqramla yanaşı dinləyicilərə əlavə olaraq mətn və qrafik məlumatların ötürülməsi imkanlarının yaradılmasıdır.

Qeyd edək ki, HD radio proqramları HD radioqəbuledicilər vasitəsilə, eləcə də son bir neçə ildə istehsal olunan avtomobillərdə qəbul etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti