...

IDC analitik şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır

Telekommunikasiya Materials 14 İyun 2012 12:21 (UTC +04:00)
IDC analitik şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə şirkətin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Andrey Beklemişev bildirib.
IDC analitik şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir H.Vəliyev/

IDC analitik şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə şirkətin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Andrey Beklemişev bildirib.

Onun sözlərinə görə, Qazaxıstandakı nümayəndəlik 2008-ci ildə fəaliyyətə başlayıb, halbuki şirkətin Moskva ofisi 1995-ci ildə açılıb.

"Yəni Qaxaxıstan nümayəndəliyi və Moskva ofisinin açılması arasındakı zaman kəsiyi olduqca çox olub. Çünki şirkət informasiya ilə işləyir. İndiki vəziyyətdə informasiyanı təkcə şəxsi görüş zamanı deyil, həm də videokonfrans keçirməklə əldə etmək olar. İşimizi səmərəli aparmağa imkan verən informasiyanı toplamaq üçün bütün zəruri texnologiyalarımız var", - Beklemişev deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda biznesin artımını gözləyir.

"Qazaxıstanda Asiyanın beş ölkəsi və Azərbaycana cavabdeh olan regional ofis işləyəcək. Şirkət Azərbaycanda biznesin artımını gözləyir, yəni Azərbaycanın İT bazarı haqqında informasiyaya nə qədər çox tələbat olarsa, bir o qədər də işimiz olacaq. Bu, ölkədə nümayəndəliyin açılmasına rəvac verir", - Beklemişev qeyd edib.

Xəbər lenti

Xəbər lenti