...

Sentyabrda Azərbaycan hotellərində telekontentin leqallığı ilə bağlı monitorinqə yekun vurulacaq

Telekommunikasiya Materials 20 İyun 2012 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Leqal televiziya kontentinin retranslyasiyası ilə bağlı Azərbaycan hotellərində aparılan monitorinqin yekunları sentyabrda məlum olacaq. Bu barədə çərşənbə günü Trend-ə "Nur Dünyası" şirkətindən məlumat veriblər.

Şirkət Azərbaycanda Rusiyanın qabaqcıl televiziya kanallarının rəsmi distribüteridir.

Məlumata əsasən, bu gün Azərbaycanda leqal TV-kontentin retranslyasiyası baxımından əhəmiyyətli problemlər var.

"Azərbaycanda bir çox hotellər hazırda televiziya kanallarının retranslyasiyasını qeyri-leqal həyata keçirir. Biz bu məsələni hazırda Avropa ölkələrində uğurla tətbiq edilən sxem üzrə tənzimləməyi təklif edirik", - şirkətdən qeyd ediblər.

Bu gün Azərbaycanda yerləşmək haqqına beş manat qiymətində televiziya kontentinə baxmaq imkanı daxil edilən hotellər var.

Avropa hotellərində bu qiymət 6-25 avro və daha artıq məbləğ arasında dəyişir.

"Azərbaycanda kabel televiziya operatorlarının qiymət siyasəti sabitdir və demək olar ki, dəyişmir. Bu, əhalinin xidmətlərdən maksimum istifadə etməsi üçün edilir", - şirkətdən vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti