...

Azərbaycan startapların maliyyələşdirilməsində Estoniyanın təcrübəsini öyrənməkdə maraqlıdır

Telekommunikasiya Materials 28 İyun 2012 14:54 (UTC +04:00)
Azərbaycan elmi-texnoloji xarakterli startapların maliyyələşdirilməsində Estoniyanın təcrübəsini öyrənməkdə maraqlıdır.
Azərbaycan startapların maliyyələşdirilməsində Estoniyanın təcrübəsini öyrənməkdə maraqlıdır

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir H.Vəliyev /

Azərbaycan elmi-texnoloji xarakterli startapların maliyyələşdirilməsində Estoniyanın təcrübəsini öyrənməkdə maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda keçirilən ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının iclasında çıxışı zamanı bildirib.

"İri transmilli şirkətlər dövlətin maliyyə dəstəyi olmadan keçinə bilərlər, lakin əgər biz XXI əsr iqtisadiyyatı barədə danışırıqsa, o zaman, əlbəttə ki, biz əsas dəstəyimizi kiçik və orta biznesə göstərməliyik", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2020-ci ilədək strateji inkişafında vacib aspektlərdən kiçik və orta sahibkarlığa dəstəyin göstərilməsidir.

"Ona görə biz bu sahədə Estoniyanın təcrübəsini öyrənməkdə maraqlıyıq", - Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti