...

Bakcell “Asiyanın ən uğurlu işəgötürən şirkəti” adına layiq görülüb (FOTO)

Telekommunikasiya Materials 4 Sentyabr 2012 16:17 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti “Asiyanın ən Uğurlu İşəgötürən Brendi 2012” mükafatına layiq görüldüyünü məmnuniyyətlə elan edir.
Bakcell “Asiyanın ən uğurlu işəgötürən şirkəti” adına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti "Asiyanın ən Uğurlu İşəgötürən Brendi 2012" mükafatına layiq görüldüyünü məmnuniyyətlə elan edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, Sinqapurda baş tutan rəsmi təqdimat mərasimində "Asiyanın ən Uğurlu İşəgötürən Brendi" nominasiyası şirkətin nümayəndəsinə təqdim olunub. Tədbirdə Asiyanın 19 ölkəsindən olan təşkilatlar və şirkətlər yeni ideya, üsul və inkişafa görə təltif ediliblər.

"Asiyanın ən Uğurlu İşəgötürən Brendi 2012" mükafatı Bakcell-in növbəti böyük uğurudur. Əməkdaşlarının peşəkar inkişafına çox böyük diqqət yetirən şirkət bu mükafatı qazanmaqla ölkənin İKT sektorunun ən uğurlu işəgötürənlərindən biri olduğunu bir daha sübut edib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in insan resursları strategiyasının əsas hədəflərindən biri Azərbaycanın işəgötürənləri arasında bir nömrəli seçim olmaqdan ibarətdir. Bu isə o deməkdir ki, Bakcell müvafiq biznes strategiyalarına dəstək göstərən təcrübələri həyata keçirib işçilərlə davamlı münasibət qurmaqla digər şirkətlərdən fərqlənir. Bakcell-in əməkdaşlarının peşəkar inkişafına çox ciddi önəm vermək fəlsəfəsi mükafat komissiyası tərəfindən yüksək qiymətləndirilib.

"Asiyanın ən Uğurlu İşəgötürən Brendi" Mükafatı Bakcell üçün İKT sektorunda öz aparıcı mövqeyini bir daha nümayiş etdirmək üçün gözəl bir platformadır. Bakcell bundan sonra da İKT sektorunda innovasiyalar tətbiq etmək imkanına malik olan istedadlı şəxsləri üzə çıxarıb Azərbaycanda yeni iş yerlərinin yaradılması üçün əlindən gələni edəcək.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti