...

"Sazz" tələbələr üçün hədiyyə kampaniyası keçirir

Telekommunikasiya Materials 10 Sentyabr 2012 15:59 (UTC +04:00)
Azərbaycanın ən böyük genişzolaqlı simsiz limitsiz internet xidməti göstərən "Sazz 4G Internet" şirkəti yeni tədris ili münasibətilə tələbə kampaniyasına başlayıb. Kampaniyada iştirak edən bütün tələbələrə Sazz USB modemi hədiyyə olunacaq.
"Sazz" tələbələr üçün hədiyyə kampaniyası keçirir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycanın ən böyük genişzolaqlı simsiz limitsiz internet xidməti göstərən "Sazz 4G Internet" şirkəti yeni tədris ili münasibətilə tələbə kampaniyasına başlayıb. Kampaniyada iştirak edən bütün tələbələrə Sazz USB modemi hədiyyə olunacaq.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bunun üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq 2 aylıq abunə haqqını ödəmək kifayətdir. Kampaniyadan faydalanmaq istəyən tələbələr istənilən Sazz 4G satış nöqtəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi ilə birlikdə tələbə biletini və ya ali məktəbə qəbul olunduğu barədə hər hansı rəsmi sənədi təqdim etməlidirlər.

Kampaniya senytabrın 24-dək Sazz 4G Internet-in Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində və bütün "Sazz 4G Internet" satış nöqtələrində davam etdiriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl "Sazz 4G Internet" yeni qiymət sisteminə keçərək abunəçilərə modemləri ucuz qiymətlərlə əldə emək imkanı verən müxtəlif paketlər təqdim edib. Bundan əlavə, şirkət satışda olan IX 350 stasionar modemin qiymətində ciddi endirim edib, eləcə də yeni IX 380 stasionar WiMax Wi-Fi mərkəzini satışa çıxarıb.

Şirkət mövcud müştəriləri üçün də sərfəli təklifllər təqdim edib. Artıq 4 aylıq abunə haqqını birdən ödəyən Sazz abunəçisi 1 ay əlavə internet vaxtı qazanacaq.

Azərbaycanda WiMAX texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz internet provayderi olan SAZZ 4G 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub. "SAZZ 4G Internet" istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən "Sazz 4G Internet" 2012-ci ilin sonuna qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti