...

Elmir Vəlizadə: Azərbaycanın özəl sektoru informasiya təhlükəsizliyinə böyük diqqət ayırmalıdır

Telekommunikasiya Materials 12 Sentyabr 2012 13:31 (UTC +04:00)
Azərbaycanda dövlət qurumlarının informasiya resurslarına dair təsdiq edilən qaydalar bir növ özəl sektora və ictimai təşkilatlara informasiya təhlükəsizliyi sistemlərinin təşkilinə böyük diqqət ayırmaq yönündə çağırışdır.
Elmir Vəlizadə: Azərbaycanın özəl sektoru informasiya təhlükəsizliyinə böyük diqqət ayırmalıdır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda dövlət qurumlarının informasiya resurslarına dair təsdiq edilən qaydalar bir növ özəl sektora və ictimai təşkilatlara informasiya təhlükəsizliyi sistemlərinin təşkilinə böyük diqqət ayırmaq yönündə çağırışdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, təəssüf ki, haker hücumları ilə bağlı mənfi faktorlar tez-tez baş verir, müvafiq orqanlar və informasiya resursları sahiblərinin özləri bundan nəticə çıxarmalıdırlar.

"Söhbət indiki halda informasiya resurslarının təşkilinə kompleks yanaşmadan gedir. Bura təşkilati proseslərdən tutmuş, resursun yaranması dövründən onun texniki və texnoloji məsələlərinin dəstəyinədək olan məsələlər daxildir. Təbii ki, bu istiqamətdə müəyyən tapşırıqlar dövlət orqanlarının payına düşür, lakin çox şey internet resurslarının sahiblərindən asılıdır" , - Vəlizadə qeyd edib.

Onun sözlərinə görə, resursun yaradılması zamanı onun texniki parametrlərini formalaşdırmaq, ardından müdafiəni təşkil etmək, davamlılığını yoxlamaq lazımdır. Bu prosesdə insan faktoru heç də az rol oynamır. Burada söhbət işçi heyətinin şərti çıxış sistemlərinə münasibətindən, parolların qorunmasından və s.-dən gedir. Bütün bu məqamların uçotu informasiya resurslarının müdafiəsi səviyyəsinin yüksəlməsinə təsir edəcək.

Xəbər lenti

Xəbər lenti