Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın "Dilmanc" proqram təminatı istehsalçısı mətnin Azərbaycanda dilində səsləndirilməsi sisteminin növbəti versiyasını təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Dilmanc"ın yaydığı məlumatda deyilir.
Məlumata görə, mətnin səsləndirilməsi sisteminə səsləndirmə sürətini dəyişmək imkanı əlavə edilib. Belə ki, sistemə əlavə olunmuş yeni funksiya istifadəçiyə daxil edilmiş mətnin səsləndirilməsi zamanı səsləndirmə sürətini istədiyi kimi tənzimləməyə imkan verir.
"Dilmanc" mətnin səsləndirilməsi sitemi bu ilin əvvəlində istifadəyə verilib və sistemin yeni - daha da təkmilləşdirilmiş versiyalarının hazırlanması üzrə işlər davam edir.
"Dilmanc" mətnin səsləndirilməsi sitemindən aşağıdakı ünvana daxil olmaqla istifadə etmək olar: http://www.dilmanc.az/az/project/tts