...

Azərbaycanın GSM operatorları yaxın vaxtlarda Nano-SİM kartlar təqdim edəcəklər

Telekommunikasiya Materials 19 Sentyabr 2012 12:18 (UTC +04:00)
"iPhone 5" üçün SİM kartların yeni nümunələri yaxın vaxtlarda Azərbaycan bazarında meydana çıxacaq.
Azərbaycanın GSM operatorları yaxın vaxtlarda Nano-SİM kartlar təqdim edəcəklər

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir H.Vəliyev/

"iPhone 5" üçün SİM kartların yeni nümunələri yaxın vaxtlarda Azərbaycan bazarında meydana çıxacaq. Bu məlumatı Trend-ə çərşənbə günü Azərbaycanın bütün üç mobil rabitə operatoru təsdiqləyib.

"Bakcell", "Azerfon" mobil rabitə operatorları Nano-SIM kartların ilk partiyasını sifariş ediblər və onların satışına yeni smartfonun Azərbaycanda meydana çıxması ilə eyni vaxtda başlamağı planlaşdırırlar. Qeyri-rəsmi məlumatlara görə, yeni smartfonu bu ayın sonlarına mağazaların piştaxtalarında görmək mümkün olacaq.

Çərşənbə günü "Azercell"dən Trend-ə verilən məlumata görə, şirkətin şəbəkəsinin abonentləri üçün yeni SİM kartları oktyabırda almaq mümkün olacaq.

Yeni nəsil SİM kartlar adi SİM və micro-SIM kartlardan 15 faiz nazikdir. Nano-SİM kartların diametri 9x12 millimetr təşkil edir. Müqayisə üçün deyək ki, adi SİM kartların parametrləri 25х15х0,76 millimetr, micro-Sim standartı: 15x12x0,76-dır.
"iPhone 5" ABŞ və bəzi ölkələrdə sentyabrın 21-dən satışda olacaq.

Alma Store mağazalar şəbəkəsinin (Azərbaycanda Apple firma mağazalarının rəsmi şəbəkəsi) icraçı direktoru Ramin Musayevin çərşənbə günü Trend-ə verdiyi məlumata görə, Azərbaycanda yeni Apple smartfonunun rəsmi satışının vaxtı hələ məlum deyil.

"iPhone 5" smartfonunun təqdimatı sentyabrın 12-də ABŞ-da keçirilib.

Xəbər lenti

Xəbər lenti