...

Əli Abbasov: BMT ilə əməkdaşlıq Azərbaycanda İKT sektorunun inkişafına müsbət təsir göstərir

Telekommunikasiya Materials 26 Sentyabr 2012 14:23 (UTC +04:00)
BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə layihələrin reallaşdırılması Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına müsbət təsir göstərir.
Əli Abbasov: BMT ilə əməkdaşlıq Azərbaycanda İKT sektorunun inkişafına müsbət təsir göstərir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir H.Vəliyev/

BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə layihələrin reallaşdırılması Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına müsbət təsir göstərir. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə missiyasını başa vuran BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura ilə görüşündə bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Nazirliyin məlumatında deyilir.

Onun sözlərinə görə, əgər əvvəllər layihələr Azərbaycanda donor ölkələrin vəsaitləri hesabına reallaşdırılırdısa, hazırda Azərbaycan xarici ölkələrin bazarlarında investor rolunda çıxış etməyə hazırdır.

Nazir bildirib ki, BMTİP genişmiqyaslı regional layihələr təşəbbüsü ilə çıxış edərsə, Azərbaycan öz təklifini təqdim etməyə və layihələrin həyata keçirilməsində iştiraka hazırdır.

Öz növbəsində, BMT-nin rezident əlaqələndiricisi deyib ki, təşkilat bundan sonra da respublikada İKT sektorunun gələcək inkişafı məqsədilə birgə layihələrin həyata keçirilməsində iştirak etmək niyyətindədir.

Akçuranın sözlərinə görə, BMT ölkədə "Elektron hökumət"in formalaşması üzrə birgə layihələrin reallaşdırılmasının mümkünlüyünü istisna etmir.

BMT-nin nümayəndəsi Bakıda İnternetin idarəetmə problemlərinin müzakirəsi üzrə (IGF-Internet Governance Forum) forumun keçirilməsi məsələsinə də toxunulub. Onun sözlərinə görə, bu forum beynəlxalq və qeyri-hökumət təşkilatlarını, eləcə də biznes strukturlarını Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlərlə daha yaxından tanış olmağa yardım edir.

Bundan əvvəl BMT Azərbaycan hökumətinə IGF forumunun keçirilməsi barədə təkliflə müraciət etmişdi. Bu, miqyasına görə böyük forumdur. Bununla əlaqədar forumun keçirilməsi noyabrın 6-9-da baş tutacaq BakuTel-2012 beynəlxalq telekommunikasiya sərgisinin açılışına həsr edilib. Forumun işində müxtəlif ölkələrdən üç minə yaxın nümayəndənin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti