...

Azərbaycanda münasib şəraitin yaradılması yüksək texnologiyalı layihələrin həyata keçirilməsini təmin edəcək - nazir

Telekommunikasiya Materials 7 Noyabr 2012 19:24 (UTC +04:00)
Azərbaycanda regional innovasiya zonalarının (RİZ) yaradılması hökumətin xüsusi nəzarəti altındadır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Azərbaycanda münasib şəraitin yaradılması yüksək texnologiyalı layihələrin həyata keçirilməsini təmin edəcək - nazir

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda regional innovasiya zonalarının (RİZ) yaradılması hökumətin xüsusi nəzarəti altındadır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Bu yaxınlarda dövlət başçısının Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərmanı buna sübutdur", - nazir qeyd edib.

Onun sözlərinə görə, layihə çərçivəsində vergi və gömrük güzəştlərinin tətbiqi, yerli və xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulub.

Nazir deyib ki, gələn ilin yanvarından, həmçinin İKT-yə Dəstək Fondu fəaliyyətə başlayacaq. Cari ilin martında yaradılan fond əsasən dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdiriləcək.

"Güman edirik ki, Azərbaycanda münasib şəraitin yaradılması yerli şirkətlərin rəqabət qabiliyyətini artırmağa və bununla da beynəlxalq aləmdə tanınan şirkətləri cəlb etməklə yüksək texnologiyalı layihələrin həyata keçirilməsini təmin etməyə imkan verəcək", - Abbasov bildirib.

Onun fikrincə, hazırda yerli şirkətlərin xarici bazarlara çıxmasının vaxtı çatıb. Bunun üçün monetar və fiskal dəstək tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti