...

“Bakcell” “DogmaCİN” abunəçiləri üçün yeni kampaniyaya başlayıb

Telekommunikasiya Materials 20 Noyabr 2012 15:44 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
“Bakcell” “DogmaCİN” abunəçiləri üçün yeni kampaniyaya başlayıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
"Bakcell" "DogmaCIN" tarifinin abunəçiləri üçün yeni regional kampaniyaya start verir. Noyabr ayının 20-dən başlayaraq bütün "DogmaCIN" abunəçiləri 2013-cü il yanvarın 31-ə kimi aktiv olacaq tamamilə pulsuz 1000 SMS paketi əldə edəcəklər. Bonus paketinin sahibləri bütün "Bakcell" abunəçilərinə tamamilə pulsuz SMS göndərə biləcəklər. Bununla da Yeni İl ərəfəsində yaxınlarınızı təbrik etmək üçün heç bir əlavə xərcə ehtiyac qalmayacaq. Bakcell-dən şəbəkədaxili 1000 SMS-lik Yeni İl hədiyyəsini almaq üçün sadəcə balansınıza 4 AZN yükləyin və sevdiklərinizlə rahat ünsiyyət yaradın.

Kampaniyadan mövcud və yeni "DogmaCIN" abunəçiləri yararlana biləcəklər. Xatırladaq ki, "DogmaCIN" tarifi dəqiqəsinə şəbəkə daxili 2 qəpik və şəbəkə xarici 4 qəpik təklifi ilə regionlardan əlaqə üçün ən sərfəli tarif olmaqdadır.

"Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan "Bakcell", istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti