...

Əli Abbasov: BMT TASİM layihəsi üzrə ikinci qətnaməni yaxın aylarda qəbul edəcək

Telekommunikasiya Materials 3 Dekabr 2012 19:37 (UTC +04:00)
BMT tərəfindən Transmilli Avrasiya Superinformasiya Magistralının (TASİM) tikintisi layihəsi üzrə ikinci qətnamənin qəbul edilməsi konsorsium iştirakçılarının üzləşdiyi problemləri aradan qaldıracaq.
Əli Abbasov: BMT TASİM layihəsi üzrə ikinci qətnaməni yaxın aylarda qəbul edəcək

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

BMT tərəfindən Transmilli Avrasiya Superinformasiya Magistralının (TASİM) tikintisi layihəsi üzrə ikinci qətnamənin qəbul edilməsi konsorsium iştirakçılarının üzləşdiyi problemləri aradan qaldıracaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, layihə özünün növbəti inkişaf mərhələsinə qədəm qoyur.

"Layihə üzrə konsorsiuma daxil olan beynəlxalq operatorlar müəyyən problemlərlə üzləşirlər, bununla əlaqədar olaraq onlar həll edilməyən bütün məsələləri aradan qaldıracaq növbəti qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış edirlər. İkinci qətnamənin qəbul edilməsi yaxın bir neçə ay ərzində gözlənilir", - Abbasov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti