...

İsveç Azərbaycanın İKT sektoruna sərmayə yatırmağa hazırdır

Telekommunikasiya Materials 26 Dekabr 2012 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir H.Vəliyev/

Aparıcı İsveç şirkətləri Azərbaycanda İKT sahəsinə investisiya yatırmaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Eriksson bildirib.

Onun sözlərinə görə, buna Azərbaycanda fəaliyyətə başlayacaq İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, həmçinin yaradılması nəzərdə tutulan texnopark, İT universiteti kimi təşəbbüslər təkan verəcək.

Səfir gələn il Azərbaycan-İsveç biznes forumunun keçirilməsi təşəbbüsünü də irəli sürüb. O, eyni zamanda 2013-cü ildə İsveçin milli pavilyonla "BakuTel-2013" İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisində iştirakının və bu sərgidə istehsal və xidmətlərinin təqdim edilməsini, həmçinin birinci Azərbaycan-İsveç İKT forumunun keçirilməsi təklif edib.

Öz növbəsində, Əli Abbasov Azərbaycan-İsveç münasibətlərinin ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq kontekstində öz inkişafını davam etdirəcəyinə əminliyini bildirib və respublikanın isveçli sərmayədarlara da açıq olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti