...

Azərbaycanın elektron ticarət portalından istifadə edənlərin sayı 11 minə çatıb

Telekommunikasiya Materials 15 Yanvar 2013 14:33 (UTC +04:00)
2012-ci il ərzində sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılmış elektron ticarət portalının - www.b2b.az xidmətlərindən 11 minə yaxın istifadəçi yararlanıb.
Azərbaycanın elektron ticarət portalından istifadə edənlərin sayı 11 minə çatıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

2012-ci il ərzində sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə yaradılmış elektron ticarət portalının - www.b2b.az xidmətlərindən 11 minə yaxın istifadəçi yararlanıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, Gürcüstan, İran, İtaliya, BƏƏ və s. kimi ölkələrdən olan istifadəçilər də var.

Portala yerləşdirilən biznes təkliflər, əsasən, qida sənayesi, logistika, İKT, təhsil və biznes xidmətləri sektorlarını əhatə edib.

Qeyd edək ki, www.b2b.az elektron ticarət portalı Almaniyanın GIZ təşkilatının dəstəyi ilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Portalın yaradılmasında məqsəd yerli sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar və göstərilən xidmətlər barədə məlumatları potensial alıcılara çatdırmaq yolu ilə onlar arasında biznes əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Azərbaycanın ilk elektron ticarət portalı olan www.b2b.az saytı "business to business" modeli əsasında qurulub. Fəaliyyət sahəsindən asılı olmayaraq, bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti