...

Nazir müavini: Texnoparkların yaradılması Azərbaycanda proqram bazarının inkşafına təkan verəcək

Telekommunikasiya Materials 13 Mart 2013 12:13 (UTC +04:00)
Texnoparkların yaradılması Azərbaycanda gənc proqramçıların dəstək və proqram bazarının inkşafını imkan yaradır.
Nazir müavini: Texnoparkların yaradılması Azərbaycanda proqram bazarının inkşafına təkan verəcək

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda texnoparkların yaradılması gənc proqramçıların dəstək və proqram bazarının inkşafına imkan yaradır. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə mobil əlavələrin proqramçıları üçün təşkil olunan "Win Phone 2" müsabiqəsinin yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamnı qeyd edib.

Nazirin sözlərinə görə, bu yaxınılarda yaradılması nəzərdə tutulan İKT sektoruna dəstək Dövlət fondunun da bu işdə böyük rolu olacaq.

Fond ölkənin dövlət büdcəsindən maliyyələşəcək və onun vasitələrindən ölkənin bütün təbəqələrindən olan insanlar istifadə edə biləcək. Fond prespektevli start-up layihələrə birbaşa maliyyə yardımı edəcək.

Nazir müvaini, həmçinin Azərbaycanda İKT sahəsi üzrə yaradılacaq universitet barədə planlardan da danışıb. Onun sözlərinə görə, ixtisaslaşmış ali məktəbdə dərslər ən yüksək səviyyədə və beynəlxalq tələblərə cavab verəcək şəkildə tədris olunacaq. Bu məqsədlə ali məktəbdə tədris prosesinə İKT sahəsində yüksək bilik və bacarıqları olan xarici müəllimlərin cəlb olunması məsələlərinə baxılır.

"Azərbaycanda informasiya texnologiyaları sahəsi çox sürətli templərlə inkşaf edir. Bu inkşafda həm dövlət orqanlarının, həm özəl sektorun, həm də qeyri-hökümət təşkilatlarının xüsusi rolu var",- Vəlizadə qeyd edib.

Nazir müavini hesab edir ki, proqram təminatının, xüsuilə də mobil telefonlar üçün proqram bazarının inkşafı elektron xidmət istifadəçilərinin dairəsinin genişlənməsində və inkşafında əhəmiyyətli rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti