...

Azərbaycanda qeydiyyata alınan radioelektron vasitələrin ümumi miqdarı 40 mini ötür

Telekommunikasiya Materials 25 Aprel 2013 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir H. Vəliyev/

Azərbaycanda qeydiyyata alınan radioelektron vasitələrin ümumi miqdarı 40290 ədəddir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Radiotezliklər İdarəsinin (DRİ) yaydığı məlumatda bildirilir.

Məlumata görə, 2013-cü ilin birinci rübündə ərzində 1471 ədəd radioelektron vasitə (REV) DRİ-də qeydiyyata alınmışdır.

Müvafiq dövr ərzində DRİ tərəfindən 363 radiotezlik istifadəçisi qeydiyyata alınıb. Onlardan 68 istifadəçi dövlət, 241 istifadəçi kommersiya, 23 istifadəçi xarici təşkilat və 31 istifadəçi isə fiziki şəxslərdir.

2013-cü ilin birinci rübünün göstəricilərinə görə, 161 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.

Müvafiq dövr ərzində 173 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti