...

Azərbaycanın poçt operatoru təcili pul köçürmələri çeşidini genişləndirir

Telekommunikasiya Materials 24 May 2013 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC "Zolotaya Korona" beynəlxalq pul köçürmələri xidmətini göstərməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə MMC-dən bildiriblər.

Məlumata görə, artıq poçt xidmətin göstərilməsinə dair müqavilələrdə imzalanıb. Hazırda Bakı, Abşeron, Sumqayıt və Regional Poçt Filiallarının Müştəri Xidmətləri Şöbəsində fəaliyyət göstərən "Zolotaya Korana" beynəlxalq pul köçürməsi sisteminin test mərhələsi artıq başa çatmaq üzrədir

Mayın 27-dən MMC-nin bütün poçt şöbələrindən xidmətdən istifadə etmək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti