...

Naxçıvanda kommunal xidmətlərin avtomatlaşdırılması planlaşdırılır

Telekommunikasiya Materials 19 İyun 2013 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kommunal ödənişlərin və stasionar rabitə xidmətinin ödənişini avtomatlaşdırmağı planlaşdırılır. Bu barədə Trend-ə "Goldenpay" şirkətinin baş direktoru Fərid İsmayılzadə bildirib.

İsmayılzadənin sözlərinə görə, onlayn ödənişlərin genişlənməsi məsələsi çərşənbə günü nazirlik rəhbəri ilə müzakirə olunacaq.

"Goldenpay" şirkətinə sistemin texniki qurulması üzrə sistem inteqratoru kimi baxılır.

Onlayn ödənişlərin həyata keçirilməsi üzrə platforma kimi Hesab.az portalı çıxış edir. Bu sayt vasitəsilə "Visa", "Visa Electron", "Maestro", və "MasterCard" plastik kartlarının sahibləri, o cümlədən mobil və stansionar rabitə, internet, televiziya, kommunal və s. xidmətlər üzrə ödənişlər aparmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti