Mərkəzi Bank statistik məlumatların qəbulu və işlənməsini tam avtomatlaşdırıb (FOTO)

Telekommunikasiya Materials 2 Avqust 2013 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron statistika və analitik hesabatlılıq (ESAHS) sistemini tətbiq edərək öz məlumat bazasımı tam elektronlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü mətbuat konfransında AMB-nin İdarə heyətinin sədri müavini Xaqani Abdullayev deyib.

Bu sistem bütün statistik məlumatları vahid bazada toplamağa, onları avtomatik işləməyə və lazımi məlumatı operativ yaymağa imkan verir. 2 il yarımdan artıq müddət ərzində yaradılmış sistem məlumatların işlənməsində geniş analitik və riyazi-statistik imkanlara malikdir.

Abdullayev deyib: "Əvvəllər AMB-yə bank və digər mənbələrdən daxil olan hesabat və məlumatları Mərkəzi Bank əməkdaşları əl ilə işlədikləri halda, indi bu iş avtomatlaşdırılacaq. Bundan başqa, sistemin tətbiqi digər dövlət strukturları ilə məlumat mübadiləsi üzrə işi asanlaşdıracaq. Bu, Azərbaycanda "Elektron hökumət" portalının qurulması baxımından vacibdir. Digər ölkələrin mərkəzi bankları sistemimizə maraq göstərirlər".

Sistem yerli SINAM şirkətinin məhsuludur. Sistem hazırlanarkən İsveçrə, Türkiyə, İtaliya və Çexiyanın mərkəzi banklarının təcrübəsindən istifadə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti