...

Azərbaycanlı istifadəçilər artıq "Microsoft Office 365"-dən istifadə edə bilərlər

Telekommunikasiya Materials 7 Avqust 2013 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Microsoft - Office 365 Home Premium (ev istifadəsi üçün) və Office 365 for small business (kiçik biznes üçün) məhsullarının Azərbaycanda pərakəndə satışına start verilib. Artıq Azərbaycan istifadəçiləri üçün Microsoft məhsullarının bütün xəttindən istifadə mümkündür.

"Microsoft Azerbaijan"dan çərşənbə günü Trend-ə verilən məlumaat görə, Office 365 Home Premium - istifadəçilər üçün Office-in aparıcı xəttinin yeni versiyasıdır. Office 365 Home Premium - Office tərəfindən hazırlanan, müasir, ailə və biznes arasında balansı qorumağa çalışan, işgüzar şəxslər üçün nəzərdə tutulub. Yeni məhsul, Windows əməliyyat sistemi ilə çalışan planşetlər, Personal və Mac kompüterləri daxil olmaqla, beş cihazda istifadə oluna bilər və özündə ən son və tam Office dəstini cəmləşdirir. O, həmçinin əlavə SkyDrive bulud məlumat saxlanma sistemi yaddaşı və beynəlxalq Skype zəngləri imkanı ilə təchiz edilib.

Office 365 Home Premium dünya üzrə 162 bazarda və 21 dildə mövcuddur və aşağıdaki funksiyaları əhatə edir:

• Ən son və tam Office dəsti: Word, Excel, PowerPoint, OneNote, Outlook, Publisher və Access;
• Bütün ailə üzvlərinə - Windows Əməliyyat Sistemində çalışan planşetlər, Personal və Mac Kompüterləri daxil olmaqla, internetə bağlı beş cihazı əhatə edən Office proqramlarının istifadəsi üçün - yalnız bir lisenziya tələbi;
• SkyDrive bulud məlumat saxlanma sistemində əlavə 20 GB yaddaş ki bu pulsuz SkyDrive hesabının yaddaşından üç dəfə artıqdır;
• Bütün dünya üzrə mobil və ev telefonlarına, habelə kompüterlərə zəng üçün 60 pulsuz danışıq dəqiqəsi;
• Sizə hər zaman ən yeni texnologiyaları istifadə etmək imkanı yaradan, vaxtınızı qoruyan bütün gələcək yeniliklərin yüklənməsi.
Office 365 for small business - Office-in ən son versiyasıdır.

Korporativ elektron poçtu, kütləvi vebsaytı, veb-konfransların keçirilməsi və sənədlərə ümumi daxil olma imkanı - bu xidmətləri güclü İT bilikləri olmadan da asan idarə etmək olar.

Yeni məhsula bir sıra xüsusiyyətlər və xidmətlər daxildir:

• Office daha çox cihazda (PK, Mac, OS Windows sistemi ilə çalışan planşetlər və, demək olar ki, bütün mobil cihazlar) istifadə oluna bilər;
• Tam funksional Office versiyasının hər hansı internetə bağlı və Windows 7 və ya Windows 8 OS ilə çalışan personal kompüterə axın keçidi gərçəkləşdirilə bilər;
• SkyDrive Pro vasitəsilə çox sadə fayl paylaşma sistemi hər istifadəçiyə 7 GB yaddaş təqdim edir. Bunun köməyi ilə onlar öz sənədlərinə, demək olar ki, hər yerdən daxil olma imkanı qazanır;
• Şəxsi kütləvi vebsaytınızın hazırlanması, servisi və yerləşdirilməsi üçün artıq ödəmə tələb etməyən kütləvi resurs;
• Veb-konfranslar - HD formatında, bir klik ilə ümumi ekrana daxil olma funksiyası ilə audio və video iclaslar keçirmək imkanı yaradır.

1975-ci ildə təsis edilmiş Microsoft korporasiyası proqram təminatı istehsalında dünya lideridir. Microsoft korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. Microsoft korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompyuter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti