...

Azərbaycan BMT Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamə irəli sürüb

Telekommunikasiya Materials 15 Avqust 2013 14:34 (UTC +04:00)
Azərbaycan BMT Baş Assambleyasında Trans-Avrasiya İnformasiya Super Magistralının (TASİM) yaradılması üzrə yeni qətnamə layihəsi irəli sürülüb.
Azərbaycan BMT Baş Assambleyasında TASİM layihəsi üzrə yeni qətnamə irəli sürüb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir H. Vəliyev/

Azərbaycan BMT Baş Assambleyasında Trans-Avrasiya İnformasiya Super Magistralının (TASİM) yaradılması üzrə yeni qətnamə layihəsi irəli sürülüb

Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında çıxışında deyib.

Nəzərinizə çatdırmaq istərdim ki, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığın təbliği məqsədi ilə göstərdiyimiz səylərin bir hissəsi kimi, BMT Baş Assambleyasının hazırkı sessiyası çərçivəsində qəbul olunması üçün tərəfimizdən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi irəli sürülüb.

Bu sənəd layihəsi Trans-Avrasiya İnformasiya Super Magistralı haqqında 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) istifadəsi sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün bir platforma kimi Avrasiya Bağlantı İttifaqının təsis olunmasını təklifini nəzərdə tutur. Biz türkdilli ölkələrin TASİM layihəsinə göstərdikləri dəstəyi yüksək qiymətləndirir və Avrasiya Bağlantı İttifaqının təsis olunması istiqamətində birgə əməkdaşlığımızın davamlı şəkildə həyata keçiriləcəyinə əminliyimizi bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti