...

Azərbaycan poçtu təcili pul köçürmələri xidmətini genişləndirib

Telekommunikasiya Materials 3 Sentyabr 2013 13:29 (UTC +04:00)
Azərbaycan poçt rabitəsi operatoru – “Azərpoct” MMC-nin daha 21 filialı “Золотая Корона” beynəlxalq pul köçürmələri sisteminə qoşulub.
Azərbaycan poçtu təcili pul köçürmələri xidmətini genişləndirib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan poçt rabitəsi operatoru - "Azərpoct" MMC-nin daha 21 filialı "Zolotaya Korona" ("Золотая Корона") beynəlxalq pul köçürmələri sisteminə qoşulub. Bu barədə MMC-dən Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumatda bildirilir ki, artıq Göyçay, Zərdab, Kürdəmir, Ağdaş, Qəbələ, İsmayıllı, Ucar, Yevlax, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi, Şəki, Zaqatala, Qax,Oğuz, Balakən, Şamaxı, Qobustan, Ağsu poçt filiallarının maliyyə xidmətləri göstərən bütün şöbələrində "Zolotaya Korona" sistemi üzərindən pul köçürmələri almaq və göndərmək mümkün olacaq.

Yaxın müddətdə "Azərpoçt" MMC-nin bütün şöbələrində "Zolotaya Korona" sistemi üzərindən pul köçürmələri almaq və göndərmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti