...

Azərbaycan "Yay Davosu"nun iqtisadi forumunda TASİM layihəsini təqdim edəcək

Telekommunikasiya Materials 4 Sentyabr 2013 17:27 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti sentyabrın 11-13 tarixlərində Dalyanda (Çin) keçiriləcək "Davosun Yay Forumu"nda iştirak edəcək. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Azərbaycan "Yay Davosu"nun iqtisadi forumunda TASİM layihəsini təqdim edəcək

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan nümayəndə heyəti sentyabrın 11-13 tarixlərində Dalyanda (Çin) keçiriləcək "Davosun Yay Forumu"nda iştirak edəcək. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Tədbir çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bır sıra ölkələrin sahə nazirləri və aparıcı beynəlxalq təsisatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Sentyabrın 12-də nazir Əli Abbasovun iştirak edəcəyi "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi görüşü: növbəti sərhədlərin yaradılmasına dair inkişaf" mövzusunda görüş keçiriləcək.

Forum çərçivəsində nazir Ə.Abbasov "Rəqəmsal iqtisadiyyatın qorunması" mövzusunda sessiyada əsas məruzəçi olmaqla yanaşı, "22-ci əsrdə İpək Yolunun kəşfi" mövzusunda müzakirələrdə xüsusi qonaq qismində çıxış edəcək və TASİM layihəsinin əhəmiyyəti haqqımda iştirakçılara ətraflı məlumat təqdim edəcək.

Bundan başqa "Davos Yay Forumu"nda nazir Ə.Abbasovun İnformasiya Texnologiyaları və Telekommunikasiya üzrə Sammiti və Strateji görüşdə, kibermöhkəmlik, rəqəmsal infrastrukturun çatdırılması və digər əhəmiyyətli mövzulara həsr olunmuş sessiyalarda iştirakı gözlənilir.

Qeyd edək ki, hər il ənənəvi olaraq keçirilən Forumda dünyanın qabaqcıl qlobal biznes strukturlarının nümayəndələri də iştirak edirlər.

Həmçinin, "Davos Yay Forumu" kimi tanınan görüşdə əsas qərar qəbul edənlər, o cümlədən dinamik və sürətlə inkişaf edən şirkətlərin strateqləri, əməkdaşları və liderləri arasında mübadilə üçün unikal imkan yaradılır.

Tədbirdə hökumət, media, akademiya və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.

Bu müzakirələrdə əldə olunan nəticələri, strategiyaları və həlləri bölüşmək, o cümlədən qlobal məsələləri və riskləri müzakirə etmək üçün 90 ölkədən 1500-dən çox iştirakçı bir araya gələcək. Yeni aparıcı icma - "Global Growth Companies", "Gənc Qlobal Liderlər", gənc alimlər, "Texnologiya Pionerləri", Sosial Sahibkarlar və Dünya İqtisadi Forumunun gənc icmasının nümayəndələri fikir və təcrübə mübadiləsi aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti