...

Azərbaycan bankı “Microsoft”la uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalayıb

Telekommunikasiya Materials 10 Sentyabr 2013 11:08 (UTC +04:00)
Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika “Microsoft Enterprise Agreement” proqramı çərçivəsində “Microsoft” şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə müqavilə bağlayıb.
Azərbaycan bankı “Microsoft”la uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalayıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend /

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika "Microsoft Enterprise Agreement" proqramı çərçivəsində "Microsoft" şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, Bank Respublikanın bütün kompüterlərini "Microsoft" platformasına keçirmək hüququ qazanır. Bu barədə Trend-ə "Microsoft Azerbaijan" şirkətindən Trend-ə daxil olan məlumatda bildirilir.

Bank tərəfindən "Get Genuine Windows Agreement" proqramı çərçivəsində bütün iş stansiyalarında əvvəlcədən yüklənmiş "Windows" əməliyyat sistemini aktivləşdirmək üçün əsas lisenziyaların əldə edilməsi bu əməkdaşlıq istiqamətində mühüm addım oldu. Sifarişçi üçün əməliyyat sisteminin əsas lisenziyalarıni əldə etmək vacib olduğundan və "Enterprise Agreement" kimi korporativ lisenziyalaşdırma proqramlarının yalnız "Windows Upgrade" lisenziyalarını təchiz etdiyindən, bu müqavilə çox mühüm idi. "Get Genuine Windows Agreement" - masa üstü əməliyyat sistemi üçün əsas lisenziyaların əldə edilməsi imkanını yaradır.

GGWA - beş və ya artıq "OC Windows" lisenziyası əldə etmək istəyən korporativ istifadəçilər üçün şəxsi kompüterlərdə əvvəlcədən yüklənmiş proqram təminatının lisenziyalaşdırılması üçün "Microsoft" tərəfindən tövsiyə edilmiş həldir.

"Enterprise Agreement" müqaviləsi "Microsoft" platformasını korporativ standart seçən 250 və ondan çox kompüteri olan şirkətlər üçün nəzərdə tutulub. Bu müqavilənin imzalanması Bank Respublika və Microsoft şirkəti arasında əməkdaşlıq üçün geniş perspektivlər açır, bank proseslərinin optimallaşdırılması və müasir texnologiyaların tətbiqinə xidmət göstərir. Layihənin operatoru Softline International şirkətidir.

"Bank Respublika"nın sədr müavini Aslan Abbasov qeyd edib: "Müasir texnologiyaların inkişafı, əlbəttə ki, bankın birinci dərəcəli məqsədlərindən biridir. "Enterprise Agreement"in imzalanması müəyyən planların həyata keçirilməsinə gətirib çıxaracaq, və "Microsoft" korporasiyasının təqdim etdiyi geniş spektrli proqram təminatında istifadə imkanı yaradacaq."
"Microsoft Azərbaycan"ın baş meneceri Rüfət Hacıəlibəyov bildirib: "Biz çox şadıq ki, özünü tam orijinal proqram təminatının bütöv spektrı ilə təmin etmək istəyən iri təşkilatların sayı artır. İmzalanmış saziş Bank Respublika üçün gələcək əməkdaşlıq və IT infrastrukturunu standartlaşdırmaq imkanları yaradacaq."

"Enterprise Agreement" müqaviləsi bir sıra üstünlüklərə malikdir. Bunlardan ən önəmlisi "Microsoft" proqram təminatına görə ödənişləri bir dəfəyə deyil, il ərzində bir neçə ödənişlə aparmağa imkan verir. "Enterprise Agreement", həmçinin, "Microsoft" məhsullarının ən son versiyasını istifadə etməyə imkan verir ("Software Assurance").

"Enterprise Agreement" müqaviləsinin qüvvədə olduğu vaxt ərzində şirkət qeyd edilmiş bütün kompüterlərdə lisenziyalı məhsullardan istifadə edə bilər və yeni kompüterləri müqavilə müddəti ərzində yeni kompüterləri əlavə edə bilər.

Proqram təminatının satış dəyərinə tam nəzarət bir kompüter üçün nəzərdə tutulmuş lisenziyanın qiyməti müqavilənin qüvvədə olduğu vaxt ərzində sabit qalmasını təmin edir və "Software Assurance" opsiyasının əlavəsi yeni versiyaların çıxışı ilə mümkün qiymətlərin artımına qarşı sığortalayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti