...

"Nar Mobile" öz şəbəkəsinin abonentləri üçün yeni aksiya keçirir

Telekommunikasiya Materials 3 Oktyabr 2013 15:33 (UTC +04:00)
Hər zaman yenilikçi yanaşmaya meyl göstərən və fərqli imkanlar təqdim edən "Nar Mobile" mobil rabitə istifadəçilərini sevindirməyə davam edir.
"Nar Mobile" öz şəbəkəsinin abonentləri üçün yeni aksiya keçirir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Hər zaman yenilikçi yanaşmaya meyl göstərən və fərqli imkanlar təqdim edən "Nar Mobile" mobil rabitə istifadəçilərini sevindirməyə davam edir.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu dəfə mobil operatorun yeni təklifi potensial "Nar Mobile" abunəçilərinə yönəlib. Belə ki, "Nar Mobile" mobil operatorunun yeni abunəçiləri artıq şəbəkəyə qoşulmanın üstünlüklərini ilk andan etibarən hiss etməyə başlayacaqlar. Əldə edilən "Nar" nömrəsinin dəyərindən asılı olmayaraq, artıq hər bir yeni abunəçinin balansına dərhal 3 AZN hədiyyə ediləcək.

Hədiyyə kimi təqdim edilən məbləğ yeni nömrə aktivləşdirildikdən sonra avtomatik olaraq balansa yüklənilir. Bu məbləğdən ölkədaxili zənglər, SMS və internet, eləcə də istənilən tarif və ya kampaniyaya qoşulmaq üçün istifadə edilə bilər.

Daha ətraflı məlumat üçün: http://narmobile.az/private/WelcometoNarMobile/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti