Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir H.Vəliyev/
Cəmiyyət BMT-dən kibertəhlükəsizliklə ilə bağlı mübarizəni gücləndirməyi tələb etməlidir.
Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən BMT Təhlükəsizlik Şurasının birinci beynəlxalq model konfransında çıxışı zamanı rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Əli Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) ilə birgə kibercinayətkarlıq üzrə beynəlxalq konvensiyanın hazırlanması üzrə işlər aparır.
Abbasovun sözlərinə görə, beynəlxalq səviyyədə virtual aləmdə neqativ hadisələrlə mübarizə məsələsi bu gün böyük əhəmiyyət kəsb edir: "Bu gün Avropa İttifaqının kibertəhlükəsizlik üzrə mövcud sənədi geniş əhatə dairəsinə malik deyil. Bununla bağlı bu problemin qlobal səviyyədə həll edilməsinə ehtiyac yaranır".