...

Ukraynada ilk dəfə Davos Kommunikasiya Forumu keçiriləcək

Telekommunikasiya Materials 17 Dekabr 2013 17:08 (UTC +04:00)
Gələn il martın 14-də Davosda keçirilən əsas forumdan (“World Communication Forum Davos” – “WCFDavos”) bilavasitə sonra Kiyevdə təşkil olunacaq Davos Kommunikasiya Forumuna (“WCFDavos Kyiv”) qeydiyyat başlayıb. Dünya kommunikasiya səhasində əsas hadisələrdən biri sayılan bu Forum dünyanın aparıcı mütəxəssislərini bir araya gətirəcək.
Ukraynada ilk dəfə Davos Kommunikasiya Forumu keçiriləcək

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Gələn il martın 14-də Davosda keçirilən əsas forumdan ("World Communication Forum Davos" - "WCFDavos") bilavasitə sonra Kiyevdə təşkil olunacaq Davos Kommunikasiya Forumuna ("WCFDavos Kyiv") qeydiyyat başlayıb. Dünya kommunikasiya səhasində əsas hadisələrdən biri sayılan bu Forum dünyanın aparıcı mütəxəssislərini bir araya gətirəcək.

Ənənəvi "WCFDavos" Forumunda kommunikasiya sahəsini inkişaf etdirən əsas məsələlər müzakirə olunur. Kiyevdə keçiriləcək Forumun təşkilatçısı və media-tərəfdaşı qismində "AGAMA communications" marketinq və media kommunikasiyaları üzrə agentliklər qrupu çıxış edəcək.

"WCFDavos"un direktoru və kontent-meneceri xanım Yanina Dubeykovskaya bildirib: "Davos Forumundan sonra dərhal Kiyevdə Forum təşkil etmək strateji həlldir. Bu, spikerlərin top-səviyyəsini və hadisənin canlı atmosferini qoruyub saxlayacaq. Bununla yanaşı, regional tədbirlərin iki məsələsi həll olunacaq: Forumun daha tətbiqi xarakteri və milli ekspertizanın qlobal ekspert icmasına inteqrasiya".

Ukrayna sessiyasının mövzusu: "Biznesdə effektiv kommunikasiyalar. Beynəlxalq və yerli. Trendlər və alətlər 2014".

Tədbir çıxışlar və panel müzakirələri formatında keçiriləcək və əsas diqqət qlobal və mədəniyyətlərarası kommunikasiyaların uyğunlaşdırmasına yetiriləcək.

"WCFDavos Kyiv"in eksklüziv təmsilçisi olan "Peon Talan" PR agentliyinin direktoru xanım İrina Zolotareviç qeyd edib: "WCFDavos" və onun Ukrayna variantı ilk növbədə iş adamları, top-menecerlər və dövlət sektorunda çalışan rəhbərlərə yönəldilib ki, onlar kommunikasiyaların strateji əhəmiyyətini dərk edir və ondan yalnız operativ məsələləri həlletmə vasitəsi kimi istifadə etmirlər".

Tədbir iştirakçısı formasını bu link vasitəsilə doldurmaq olar: http://www.forumdavos.com/reg_registration/3

Forumun plenar panellərində və sessiyalarında iştirak haqqı:
• Erkən qeydiyyat (10 dekabr - 25 dekabr 2013-cü il) - 250 avro;
• Standart qeydiyyat (26 dekabr 2013-cü il - 28 fevral 2014-cü il) - 350 avro;
• Gec qeydiyyat: (1 mart - 13 mart 2014-cü il) - 450 avro.

Azərbaycan üçün xüsusi təklif: "WCFDavos" (martın 11-12-də Davosda keçiriləcək) və "WCFDavos Kyiv"ə (martın 14-də Kiyevdə keçiriləcək) müştərək bilet:
• Erkən qeydiyyat (10 dekabr - 25 dekabr 2013-cü il) - 1 050 avro;
• Standart qeydiyyat (26 dekabr 2013-cü il - 28 fevral 2014-cü il) - 1 150 avro.

Tədbir, proqram və spikerlər barədə ətraflı məlumat əldə etmək üçün müraciət edin:

Svetlana Kisilyova
"WCFDavos Kyiv 2014"ün meneceri
Mob.: +38 093 08 546 88
e-mail: [email protected]

Tədbir barədə məlumatla Facebook və Twitter səhifələrində tanış olmaq mümkündür.

***

"WorldCommunicationForumDavos" ("WCFDavos") - kommunikasiya sahəsində effektiv həllərin axtarışına dair meydançadır. Bu tədbir 2010-cu ildən etibarən Ümümdünya İqtisadiyyat Forumundan bilavasitə sonra həmin zalda keçirilir. "WCFDavos" hər il kommunikasiya sahəsində 3 mindən artıq mütəxəssisi bir araya gətirir. Foruma hər il 5 qitənin 42 ölkəsinin nümayəndələri qatılır. Forumun Əlaqələndirici Komitəsinin tərkibinə 20 əlkədən 29 mütəxəssis daxildir.

"AGAMA communications" marketinq və media kommunikasiyaları üzrə beynəlxalq agentliklər qrupu 2013-cü ilin noyabr ayında təsis edilib və "Atlantic Group" kommunikasiya holdinqinə daxil olan 15 agentliyi birləşdirir. Qrup media-ekspertizanın gücləndirilməsi, kreativin, texnologiyaların və sahibkarlığın inteqrasiyası üçün yaradılıb. Qrupa daxil olan agentliklər müxtəlif miqyaslı inteqrasiya olunmuş layihələr həyata keçirir.

"Pleon Talan" kommunikasiya agentliyi - "Ketchum" şəbəkəsinin Ukraynada eksklüziv təmsilçisi - dünyanın qocaman və iri kommunikasiya şirkətlərindən biridir. "Pleon Talan" Ümumukrayna Reklam Koalisiyasının reytinginə əsasən "İlin marketinq şirkəti 2013" tituluna, Ukraynanın marketinq xidmətlərinin ən effektiv agentliyi və Ukraynanın ən kreativ agentliyi adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti