...

Texniki fakültələrin tələbələri "Azercell" ilə inkişaf edir (FOTO)

Telekommunikasiya Materials 6 Mart 2014 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

"Azercell Telekom" gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş daha bir layihəyə dəstək verib.

"Azercell" şirkətinin Barama İnnovasiya Mərkəzi Azərbaycan "Oracle" İstifadəçilər Qrupunun birgə təşkilatçılığı ilə "AzerOUG" tədbirini keçirib. Tədbirdə müxtəlif şirkətlərdən İT mühəndisləri, verilənlər bazaları üzrə mütəxəssislər və texniki sahədə təhsil alan tələbələr də daxil olmaqla 60 nəfər iştirak edib. Tədbirdə "Oracle verilənlər bazasının performansı" və "Tətbiqi proqramların yoxlanılmasının praktiki metodları" haqqında geniş mühazirələr keçirilib. Eyni zamanda, tələbələr Barama İnnovasiya Mərkəzinin fəaliyyəti və indiyə qədər həyata keçirdiyi layihələrlə daha yaxından tanış olublar.

Qeyd edək ki, Azercell-in dəstəyi və Barama İnnovasiya Mərkəzinin köməyi ilə indiyədək Azərbaycanda bir sıra innovativ layihələr həyata keçirilib. "Ümumdünya Start-up Müsabiqəsi", "Baku TechTalks", "Elm və Texnologiya Sahibkarlığı Proqramı" və digər layihələrin sayəsində bacarıqlı gənclər öz ideyalarını reallaşdırmaq, həmçinin onları beynəlxalq aləmdə təqdim etmək və daha böyük maliyyə dəstəyi almaq imkanı qazanıblar.

Məlumat üçün bildirək ki, "Azercell Telekom" MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd alırlar. Eyni zamanda, Azercell-in həyata keçiridiyi sosial layihələrin böyük bir qismi təhsillə bağlıdır. 2013-cü ildə "Azercell" ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0.4 milyon manat, 17 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib. Həmçinin "Azercell" aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. "Azercell" bacarıqlı gənclərin uğurlu karyera qurması üçün hər zaman öz dəstəyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti