...

Azercell-dən yeni "Fərdi paket" imkanı

Telekommunikasiya Materials 15 Aprel 2014 18:12 (UTC +04:00)
İndi abunəçilərin öz individual xidmət paketlərini yaratmaq imkanı var
Azercell-dən yeni "Fərdi paket" imkanı

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan "Azercell" daim öz abunəçilərini sərfəli kampaniyalar, endirimli tarif paketləri və geniş sayda xidmətlərlə sevindirir. Şirkət bu günlərdə SimSim abunəçiləri üçün daha bir unikal xidmət istifadəyə verib.

15 apreldən etibarən təqdim olunan "Fərdi paket" xidməti abunəçiyə istədiyi həcmdə internet, SMS və MMS xidmət paketlərinin seçim imkanını yaradır. Fərdi paket xidmətindən yararlanmaq üçün abunəçi Azercell-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinetdə qeydiyyatdan keçməlidir (www.azercell.com/ferdipaket).

Şəxsi kabinetdən qeydiyyatdan keçməklə abunəçi istədiyi xidməti və eyni zamanda onun həcmini özü müəyyənləşdirə biləcək. Bu xidmətin üstünlüyü ondadır ki, abunəçi bir dəfəlik olaraq iki və daha çox xidmət paketi seçdikdə uyğun endirimə sahib olacaq. Eyni zamanda, bu xidmətə qoşulmaqla abunəçi kabinetində yerləşən uyğun bölməyə daxil olaraq son 90 gün ərzində "Fərdi paket" xidmətindən olan bütün istifadə və əməliyyatların təfərrüatlı təsvirini görə bilər.

Bu yenilik "Azercell" abunəçilərinə maksimal dərəcədə müsbət müştəri təcrübəsi və şəffaflıq təmin etməklə yalnız bir əməliyyatın köməyi ilə seçimin həyata keçiriləcəyi anda müstəqil şəkildə məhz onlara gərəkli olan həcmdə xidmətləri seçməyə imkan verir.

"Azercell" bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti