...

“Nar Mobile” mobil operatorundan yeni kampaniya

Telekommunikasiya Materials 6 İyun 2014 14:41 (UTC +04:00)
“Nar Mobile” mobil operatoru “Nar” brendi ilə satışa çıxarılan ilk mobil telefonları təşviq etmək məqsədilə, yeni “Nar smartfonu” kampaniyasına start verib. Kampaniyaya görə, “Nar smartfonu” almış hər bir şəxs aldığı mobil telefonun tam dəyərini geri qazanmaq fürsəti əldə edəcək. “
“Nar Mobile” mobil operatorundan yeni kampaniya

Azərbaycan, Bakı, 6 iyun / Trend/

"Nar Mobile" mobil operatoru "Nar" brendi ilə satışa çıxarılan ilk mobil telefonları təşviq etmək məqsədilə, yeni "Nar smartfonu" kampaniyasına start verib. Kampaniyaya görə, "Nar smartfonu" almış hər bir şəxs aldığı mobil telefonun tam dəyərini geri qazanmaq fürsəti əldə edəcək. "Android" əməliyyat sistemi, ikinüvəli prosessor və "Nar" proqram təminatına malik olan telefon "Google Store" resursundan 1 milyondan artıq proqram yükləmək imkanını da təmin edir.

Beləliklə, kampaniyaya qoşulan "Nar Mobile" abunəçiləri balanslarını ən az 5 AZN dəyərində artırdıqları təqdirdə, 7 ay ərzində hər ay bonus olaraq 11 AZN qazanacaqlar. Abunəçilər 7 ay ərzində bu balansdan şəbəkədaxili zənglər və SMS-lər üçün istifadə edə biləcəklər. Bundan başqa, müştərilər aylıq 250 mb İnternet trafiki qazanmaq imkanı da əldə edəcəklər. Bütün bonuslar yeni "Nar" nömrələrinə aybaay yüklənəcək.

Əlavə məlumatı bizim İnternet səhifəmizdən əldə edə bilərsiniz:
https://www.narmobile.az/az/pages/default/pageName=campaigns_catalog&id=611/

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile", 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti