...

Azercell-in ən populyar kampaniyası qayıdır

Telekommunikasiya Materials 11 İyun 2014 18:02 (UTC +04:00)
10 AZN-a 10 GB internet paketi artıq hər bir "Azercell" abunəçisi üçün mümkün oldu
Azercell-in ən populyar kampaniyası qayıdır

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycanın mobil rabitə bazarının lider şirkəti olan "Azercell Telekom" öz abunəçilərinin ehtiyaclarını tədqiq edərək yeni-yeni sərfəli kampaniya və tarifləri uğurla təqdim etməkdədir. Belə kampaniyalardan birinin abunəçilər arasında populyarlığını nəzərə alaraq, şikrət onu yenidən tətbiq etməyə qərar verib.

Beləliklə, 11 iyun tarixindən etibarən "Azercell" təkrarən 10 GB=10 AZN kampaniyasını bütün abunəçiləri üçün mümkün etdi. Sözügedən kampaniya çərçivəsində abunəçilər Data-kart alarkən pulsuz Data-nömrə əldə edəcək və üstəlik 10 GB-lıq paket hədiyyə qazanacaq. Abunəçi 10 GB-lıq paketden 10 faktura dövrü ərzində istifadə etməlidir. 10 GB bir faktura dövründən tez bitdiyi halda, sürət 128 Kbit/s endirilir və bu sürətlə abunəçi faktura dövrünün sonunadək internetden pulsuz istifadə edə bilir və beləliklə, ayda 10 AZN ödəməklə limitsiz internetdən istifadə etmək imkanı qazanır.

Kampaniyanın yeniliyi isə ondan ibarətdir ki, abunəçi artıq Data-kart almadan 10 GB-lıq paketə qoşula bilər və smartfon, planşet və yaxud modem kimi istədiyi cihazda istifadə edə bilər.

"Azercell" bu ilin əvvəlindən etibarən abunəçiləri üçün inanılmaz sərfəli endirim paketləri, analoqu olmayan xidmətlər və xeyli sayda kampaniyalar təqdim edib. Şirkət yaxın günlərdə daha maraqlı yenilikləri ilə abunəçilərini sevindirəcək.

Bu yayı da Azercell-lə daha yaxşı yaşayın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti