...

Azercell-in Mobil Göz Klinikası Lökbatan sanatoriyasının sakinlərini və Sumqayıtdakı məcburi köçkünləri müayinə edib

Telekommunikasiya Materials 4 İyul 2014 17:22 (UTC +04:00)
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un sosial sahədə həyata keçirdiyi növbəti unikal layihəsi olan və yaranması 2011-ci il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən Mobil Göz Klinikası bu gün də uğurla fəaliyyətini davam etdirir.
Azercell-in Mobil Göz Klinikası Lökbatan sanatoriyasının sakinlərini və Sumqayıtdakı məcburi köçkünləri müayinə edib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un sosial sahədə həyata keçirdiyi növbəti unikal layihəsi olan və yaranması 2011-ci il 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən Mobil Göz Klinikası bu gün də uğurla fəaliyyətini davam etdirir.

Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edən bu layihə, həmçinin ahılları və aztəminatlı ailələri əhatə edir. Mütəmadi olaraq uşaq və ahıllar evinə səfər edən Mobil Göz Klinikasının həkimləri iyulun 2-də Lökbatan qəsəbəsində yerləşən 39 saylı Kardiorevmatoloji Sanatoriyada 36 nəfəri müayinə ediblər.

Həmçinin, iyulun 3-də Azercell-in Mobil Göz Klinikası Sumqayıtda yerləşən Laçın və Zəngilan rayonlarından olan məcburi köçkünlər üçün sığınacağı ziyarət edərək 36 nəfəri - 31 uşaq və 5 yaşlı insanı müayinədən keçirib.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəbləri, uşaq evlərinə səfər edib. Gəncə, Lənkəran, Qusar rayonlarındakı kimsəsiz uşaq evlərində, Nabrandakı uşaq düşərgələrində məskunlaşan və Qubadan, Xaçmazdan gətirilən görmə qüsurlu uşaqların müayinələri aparılıb. Təkcə ötən il ümumilikdə Mobil Göz Klinkasında 563 nəfər müayinədən keçib ki, bunun da 519 nəfəri uşaq, 44 nəfəri isə yaşlı insandır.

Qızmar yay aylarına baxmayaraq, Azercell-in Mobil Göz Klinikası yardıma ehtiyacı olan hər kəsin faydası naminə özünün intensiv fəaliyyətini davam etdirir. İyulun 9-da Klinika Qala qəsəbəsindəki məcburi köçkünləri ziyarət edərək onlar üçün göz müayinəsi aparacaq.

Qeyd edək ki, "Azercell" 4 il öncə Mobil Diş Klinikasını da istifadəyə verib. Azərbaycanda çox maraqla qarşılanan və populyarlaşan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Azercell-in bu təşəbbüsü o qədər uğurlu olub ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıblar.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti