Azərbaycan, Bakı, 7 avqust /Trend /
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "Facebook" sosial şəbəkəsində abunəçilərin suallarının cavablandırma səviyyəsinə görə "Socially Devoted" sertifikatı ilə təltif olunub. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
Xüsusi analitik platforma vasitəsilə dünyadakı böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyara keçirən tanınmış "Socialbakers" şirkəti bu ilin ikinci yarısında Azərbaycandakı şirkətlərin "Facebook"dakı fəaliyyətlərini nəzərdən keçirib.
Beləliklə, Azərbaycan şirkətlərinin rəsmi "Facebook" səhifələrində abunəçilərin sorğularının cavablandırılması üzrə ən yüksək göstəricilərdən biri 97% olmaqla Bakcell şirkətinə məxsusdur. Bu, ölkə üzrə ən böyük rəqəmdir.
Qeyd edək ki, qlobal səviyyədə şirkətlərə məxsus "Facebook" səhifələrinin yalnız 5%-i "Socially Devoted" sertifikatına layiq görülür.
Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha yaxşı çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından "Bakcell"in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.