Azərbaycan, Bakı, 12 avqust/Trend/
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti 12 iyun- 13 iyul tarixləri arasında keçirilən "Fantasy Football World Cup" onlayn müsabiqəsinin qalibini elan edib.
Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin builki məzunu, Balakən rayon sakini Alı Bayramov Böyük Britaniyanın Mançester şəhərinə iki nəfərlik səyahət bileti qazanıb. Səfər zamanı qalibin "Old Trafford" stadioununda keçiriləcək oyunlardan birinə getmək imkanı da olacaq.
Müsabiqədə iştirak etmək üçün abunəçilər www.ffworldcup.bakcell.com saytında pulsuz qeydiyyatdan keçir, dünya çempionatında iştirak edən müxtəlif oyunçuları seçməklə öz fərdi komandalarını yaradırdılar. Müsabiqə müddətində ən yaxşı nəticələr göstərən oyunçular "Bakcell"dən müxtəlif hədiyyələr qazanıblar.
"Dünya çempionatı ərzində futbol azarkeşlərinə onlayn futbol oyunu imkanı verdiyi üçün "Bakcell"ə təşəkkür edirəm. Oyunun qalibi olduğuma çox sevindim. "Old traffor"da "Mançester Yunayted"in oyununu izləməyi səbirsizliklə gözləyirəm", deyə Alı Bayramov bildirib.
"Bakcell" dünyanın ən böyük futbol klublarından biri olan "Mançester Yunayted"lə əməkdaşlıq çərçivəsində futbol azarkeşləri üçün müxtəlif lotereya və oyunlar və keçirməyə davam edəcək.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
"Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.